Ankaradan Afinaya kəskin etiraz:"Türklərə qarşı törətdiyiniz zalımlıqlar unudulmayıb"

Türkiyə tərəfi Yunanıstan Prezidenti Prokopis Pavlopulosun Yerevanda 1915-ci il hadisələri ilə bağlı səsləndirdiyi birtərəfli, qərəzli və ədalətsiz fikirlərə kəskin etirazını ifadə edib.

Azərtac Türkiyə Xarici İşlər Nazirliyinin rəsmi internet saytına istinadla xəbər verir ki, bu barədə nazirliyin sözçüsü Hami Aksoy açıqlama verib. Təəssüflə bildirilir ki, Yunanıstan tərəfi Türkiyə əleyhinə olanların yanında yer almaqda və onlara dəstək verməkdə davam edir. Qeyd olunur ki, Yunanıstanın tarixdə türklərə və Osmanlı vətəndaşlarına qarşı törətdiyi zalımlıqlar unudulmayıb.

Vurğulanıb ki, tarixdə olduğu kimi müasir dövrdə də, Yunanıstanda türklərə, müsəlman din xadimlərinə qarşı hətta ibadət etdikləri üçün həbs olunmaq kimi hallar vardır. Lakin baş verənlərdən qisasçılıq üçün deyil, sülh və qardaşlıq yolunda dərs almağın əhəmiyyətinə inanan Türkiyə, eyni zamanda tarixi həqiqətlərin fərqindədir. Diqqətə çatdırılır ki, Türkiyənin 1915-ci il hadisələri ilə bağlı mövqeyi bəllidir və əlavə şərhə ehtiyac yoxdur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Bakı-Gəncə-Bakı istiqamətində əlavə qatar təyin edilir

Sonrakı məqalə

Prezident Ağcabədidə “ASAN xidmət”in tikintisinə 19 milyon manat ayırdı