ANS-in sabiq aparıcı Xose Bernardo bıçaqlanıb –FOTO

Bakının Pirallahı rayonunda bıçaqlanma hadisəsi baş verib.

Hadisə zamanı 1989-cu il təvəllüdlü Bernardo Xose Pabloviç tanıdığı şəxslər tərəfindən bıçaqlanıb. Yaralı 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.

Qeyd edək ki, Azərbaycan vətəndaşı olan Xose Bernardo uzun müddət televiziya proqramlarında, şou-proqramlarında aparıcılıq edib. Hadisənin hansı şəraitdə baş verdiyi isə hələlik məlum deyil. Bıçaq yarası ilə xəstəxanaya çatdırılan aparıcı Xose Bernardo ambulator müalicə üçün xəstəxanadan evə buraxılıb.

Onun onun vəziyyəti qənaətbəxş olub.

Qeyd edək ki, X.Bernardo ilə birgə paytaxt sakini, 1988-ci il təvəllüdlü Rafael Hüseynov da bıçaq xəsarətləri alıb. R.Hüseynova çoxsaylı bıçaq xəsarətləri yetirilib və hazırda vəziyyəti ağır olduğundan 3 saylı Şəhər Klinik Xəstəxanasının Cərrahiyyə şöbəsində müalicəsini davam etdirir. Hər iki yaralının eyni hadisə zamanı bıçaqlandığı bildirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Boliviya prezidenti Morales istefa verdi –

Sonrakı məqalə

Gəncədə valyutadəyişmə məntəqəsinin işçisi öldürülüb –