Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

Aparıcı şirkətlər və QHT-lər ilk dəfə sosial məsuliyyət təcrübəsini müzakirə edib

User 22 Noyabr 2025 - 13:49 (Last updated: 22 Noyabr 2025 - 13:49)
zaur04
20-21 noyabr 205-ci il tarixdə keçirilən QHT – özəl sektor ekspert müzakirələrində korporativ sosial məsuliyyət (KSM) sahəsində qabaqcıl təcrübəyə malik 25 aparıcı şirkət, banklar, biznes assosasiyalar, Azərbaycan Milli QHT Forumu, Azərbaycan Sahibkarlar Konfederasiyasının, həmçinin QHT sektorundan müxətlif sahələr üzrə ixtisaslaşmış QHT təmsilçiləri iştirak edib.
Ekspert müzakirələrinin məqsədi Azərbaycanda mövcud KSM təcrübəsinin inkişafının çoxtərəfli səylərlə dəstəklənməsi, şirkətlər və QHT-lər arasında daha effektiv nəticələr üçün əməkdaşlıq mexanizmlərini təkmilləşdirmək, çoxtərəfli tərəfdaşlığın gücləndirilməsi üzrə tövsiyələr hazırlamaqdır.
Ekspert müzakirələri Azərbaycan Milli QHT Forumu (AMQF) İdarə Heyətinin üzvü “Prioritet” Sosial-İqtisadi Araşdırmalar Mərkəzi İB-in icra etdiyi “Milli korporativ sosial məsuliyyət (KSM) təcrübəsinin inkişafında QHT-lərin rolunun gücləndirilməsi” layihəsi çərçivəsində həyata keçirilib. Layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə icra olunur.
Ekspert müzakirələrini giriş sözü ilə açan Azərbaycan Milli QHT Forumu (AMQF) İdarə Heyətinin sədri Ramil İskəndərli QHT-lərin mövcud KSM təcrübəsinin inkişafı üçün özəl sektorla sıx işləməyə hazır olduğunu qeyd edib. Bildirib ki, ümumi rifahı üçün qayğı göstərmək səyləri QHT-lər və özəl sektoru birləşdirən ən böyük dəyərdir.
“Prioritet” Sosial-İqtisadi Araşdırmalar Mərkəzi İB sədri Zaur İbrahimli bildirib ki, ilk dəfə keçirilən bu müzakirələr özəl sektor və QHT-ləri bir-birini daha yaxşı anlamağa, tanımağa imkan verəcək. Ən başlıcası gözləntiləri, boşluqları müəyyənləşdirməyə, mövcud potensialı dəyərləndirməyə kömək edəcək. Müzakirələrin əsas tapşırığı, özəl sektor və QHT-lərin KSM sahəsində əməkdaşlığını gücəndirəcək nöqtələri tapmaq və tövsiyələr müəyyənləşdirməkdir.
Azərbaycan Beynəlxalq Bankının Marketinq Departamentinin rəsi müavini Yadigar Cəfərli, “AzerGold” QSC-nin İctimaiyyətlə əlaqələr və marketinq şöbəsinin müdiri Ariz Tarverdiyev “AzerGold” QSC-nin NAR Mobile İctimaiyyətlə əlaqələr və korporativ ünsiyyət departamentinin əməkdaşı Nuranə Əliyeva şirkətlər daxilində KSM-in idarə edilməsi, QHT-lərlə, icmalarla əməkdaşlıq, layihələrin monitorinqi və hesabatlılıq barədə təqdimatlar etdilər, gələcəyə baxış, KSM-in təkamülü barədə öz fikirlərini diqqə çatdırdılar və konkret nümunələr paylaşdılar.
Layihə rəhbəri Zaur İbrahimli QHT-lər nöqteyi-nəzərindən QHT-lərin özəl sektorla KSM sahəsində əməkdaşlığının mövcud vəziyyəti ilə əlaqədar aparılmış araşdırmanın nəticələrini təqdim etdi.
Layihə eksperti Əliməmməd Nuriyev QHT-lərin özəl sektorla KSM sahəsində əməkdaşlığının gücləndirilməsi ilə əlaqədar təklifləri səsləndirib. Layihənin digər ekspertləri Şahin Nəsrullayev, Mirəli Hüseynov öz fikirləri ilə bölüşüb.
Azərbaycan Sahibkarlar Konfederasiyasının Mətbuat Xidmətinin rəhbəri İlhamə Abdullayeva QHT-lərin şirkətlərin KSM iş prinsiplərini daha yaxşı öyrənməsinin, onların işindı peşəkarlıq, hesabatlılığın zəruriliyini qeyd edib.
Şirkət nümayəndələri QHT-lərlə əməkdaşlığın perspektivi, mövcud boşluların aradan qaldırılması, KSM təcrübəsinin inkişafı ilə əlaqədar baxışlarını açıqladılar, təkliflər veridilər, sualları cavablandırdılar.
Ekspert müzakirələrində səsləndirilən, müzakirə edilən məsələlər bütün maraqlı tərəflərin iştirakı “Özəl sektorun KSM siyasətində QHT-lərin iştirakı: təcrübə, yanaşmalar” mövzusunda keçirilcək konfransda bir daha nəzərdən keçiriləcək və gələcək addımlar müəyyənləşdiriləcək.

AzPost.az

Post navigation

Previous: DİN Ankara Bələdiyyəsinin sədri Mansur Yavaşla bağlı istintaqa icazə verib
Next: Keçmiş prokuror Mahir Cavadov psixiatriya xəstəxanada müalicə olunur

Oxşar xəbərlər

yasil enerji esas
  • Sosial

Avropa neftdən xilas olmaq istəyir, amma Çindən asılı vəziyyətə düşür – TƏHLİL

User 13 Noyabr 2026 - 16:33
menzil
  • Sosial

Ev sahibi kirayəçini hansı halda evdən çıxara bilməz? – ŞƏRH

User 13 Noyabr 2026 - 16:19
Hava
  • Sosial

Sabah 22 dərəcə isti olacaq – HAVA

User 13 Noyabr 2026 - 13:18

xƏBƏR

yasil enerji esas
  • Sosial

Avropa neftdən xilas olmaq istəyir, amma Çindən asılı vəziyyətə düşür – TƏHLİL

User 13 Noyabr 2026 - 16:33
Bərpa olunan enerji mənbələrinin inkişafı və nəqliyyatın elektrikləşdirilməsi ölkələrə neft təchizatındakı fasilələrdən və ənənəvi yanacağın qiymətindəki kəskin...
Read more about Avropa neftdən xilas olmaq istəyir, amma Çindən asılı vəziyyətə düşür – TƏHLİL
“Tərcümə Mərkəzinə ayrılmış büdcə AYB-yə verilməlidir” – ANAR Anar
  • Mədəniyyət

“Tərcümə Mərkəzinə ayrılmış büdcə AYB-yə verilməlidir” – ANAR

User 13 Noyabr 2026 - 16:25
Ev sahibi kirayəçini hansı halda evdən çıxara bilməz? – ŞƏRH menzil
  • Sosial

Ev sahibi kirayəçini hansı halda evdən çıxara bilməz? – ŞƏRH

User 13 Noyabr 2026 - 16:19
İran ətrafında gərginlik artır – Hörmüz boğazında tankerlər niyə partlayır? hormuz tanker
  • Dünya

İran ətrafında gərginlik artır – Hörmüz boğazında tankerlər niyə partlayır?

User 13 Noyabr 2026 - 14:50
Tez-tez susayırsınız və ayaqyoluna gedirsiniz? – Bu xəstəliyin əlaməti ola bilər Tibbi Yardım
  • Maraqlı

Tez-tez susayırsınız və ayaqyoluna gedirsiniz? – Bu xəstəliyin əlaməti ola bilər

User 13 Noyabr 2026 - 14:11
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.