“Aqrar sahə üzrə kadr çatışmazlığından əziyyət çəkirik”

- Nazirlik rəsmisi
31 Oktyabr 2019 - 14:45

“Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi (AXA) aqrar sahə üzrə kadr çatışmazlığından əziyyət çəkir”.

Bunu “Report”a açıqlmasında qurumun sədr müavini Yaqub Cəfərov bildirib.

“Bu, bütün ölkədə problemdir. SSRİ dağıldıqdan sonra kənd təsərrüfatı üzrə ixtisaslara yiyələnmək istəyən gənclərin sayı azalıb. Gənclər aqronom, baytar, mexanizator, aqrar iqtisadçı kimi ixtisaslara daha az üz tuturlar. Hazırda kimyaçıları, bioloqları aqrar sahəyə cəlb edirik. Onların təkrar hazırlığı ilə məşğul olaraq, özümüz üçün lazımı kadrlar hazırlayırıq”, – nazirlik rəsmisi qeyd edib.