AQTA-dan palma yağları ilə bağlıAÇIQLAMA

“Son dövrlər palma yağları ilə bağlı cəmiyyətdə əsassız olaraq mənfi rəy formalaşdırılıb və bu yağların insan orqanizmi üçün təhlükəli olması ilə bağlı heç bir elmi əsası olmayan məlumatlar paylaşılır. Hətta özünü cəmiyyətə ekspert kimi təqdim edən şəxslər belə heç bir araşdırma aparmadan palma yağların ərimə temperaturunun 70 selsi dərəcədən artıq olduğu və insan orqanizmi tərəfindən həzm edilə bilmədiyi kimi məlumatlar paylaşaraq əhali arasında çaşqınlıq yaradırlar”.

Bu barədə APA-ya Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən bildirilib.

Məlumatda qeyd edilir ki, hazırda dünyanın istənilən ölkəsində market rəflərindəki yüzlərlə məhsulun tərkibində palma meyvəsindən əldə olunan yağlardan istifadə edilir: “Son 20 il ərzində dünyada bu yağların istifadəsinin geniş yayılma səbəblərindən biri insan sağlamlığı üçün risk təşkil edən trans yağ turşuları ilə bağlı normaların qəbul edilməsidir. Hansı ki, palma yağlarının tərkibində sözügedən yağ turşuları yoxdur. Palma yağları ilə bağlı mübahisələrin mənbəyi isə Avropa Qida Təhlükəsizliyi Agentliyinin (EFSA) 2016-cı ildə bitki yağları ilə bağlı apardığı tədqiqatdır.

Sözügedən tədqiqat nəticəsində EFSA bütün növ bitki yağlarının rafinasiya prosesi zamanı gündəlik normadan artıq qəbul edildikdə insan həyat və sağlamlığı üçün təhlükə yaradabiləcək 2 növ maddənin (3-MCPD, Glycidil yağ efirləri) yarandığını müəyyən edib. Qurum həmin maddələr üçün gündəlik istifadə normasını müəyyənləşdirərək risk dəyərləndirmə fəaliyyətini həyata keçirib. Tədqiqat nəticələrində palma yağlarının rafinasiya prosesi zamanı (qoxu alma mərhələsində) 200 selsi dərəcədən artıq temperatura məruz qaldıqda sözügedən maddələrin digər bitki yağlarına nisbətdə daha çox yaranma ehtimalı olduğu qeyd edilib. Göründüyü kimi, bu tədqiqat bütün növ bitki yağlarını əhatə edir və bitki yağlarının istehsal prosesi zamanı yaranan müəyyən maddələrin gündəlik normaları ilə bağlı tövsiyələri əks etdirir.

Tədqiqatın nəticələri açıqlandıqdan sonra yanlış təhlil edilərək “palma yağları zərərlidir” kimi mətbuata ayaq açıb və insanlarda əsassız fikirlər formalaşdırılıb. Qeyd edilən risklərin idarə edilməsi məqsədilə Avropa Komissiyası 26 fevral 2018 ci ildə “Qida məhsullarında müəyyən çirkləndiricilərin maksimum səviyyəsinin təyin edilməsi” üzrə Təlimata əlavələr edərək qida məhsullarında Glycidil yağ efirlərinin gündəlik istifadə normasını orta yaşlı şəxslər üçün bədən çəkisinin hər kiloqramına 1000 mikroqram, uşaqlar üçün isə 500 mikroqram müəyyən edib.

EFSA 2017-ci ildə isə 3-MCPD ilə bağlı gündəlik istifadə norması ilə bağlı tövsiyəsində dəyişiklik edərək insan çəkisinin hər kiloqramı üçün 0.8 mikroqram olan dəyəri 2 mikroqram səviyyəsinə yüksəldib. Bir daha qeyd edim ki, adıçəkilən maddələr təkcə palma yağlarında deyil digər bütün növ bitki yağlarının rafinasiya prosesi zamanı yaranır və palma yağlarında istehsal şərtlərindən asılı olaraq bu maddələrin yaranma ehtimalının olması sözügedən tənzimləmə fəaliyyəti zamanı nəzərə alınmadan bütün məhsullar üçün eyni normalar tövsiyə edilib”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Ukraynalılar Rusiyaya yalnız xarici pasportla gedə biləcəklər

Sonrakı məqalə

“Azərbaycan torpaqlarının işğaldan azad olması TürkPA ölkələrinin hamısının ortaq arzusudur”