AQTA iki tələbənin qidadan zəhərlənməsi faktını araşdırır

Nizami rayonu NZS qəsəbəsində iki nəfərin qidadan zəhərlənməsi ehtimalı barədə məlumat Azərbaycan Respublikasının Qida Təhlukəsizliyi Agentliyinə (AQTA) daxil olduqdan dərhal sonra Agentlik əməkdaşları tərəfindən araşdırmalara başlanılıb.

AQTA-dan bildirilib ki, ilkin məlumatda tələbələrin ev şəraitində hazırlanməş turşulardan istifadə etdiyi bildirilir. Hazırda müvafiq qurumlarla birgə hadisənin baş vermə səbəbləri, qida zəhərlənməsi olub olmaması istiqamətində araşdırma aparılır.

Araşdırmaların yekun nəticəsi ilə bağlı ətraflı məlumat veriləcək.

Qeyd edək ki, Nizami rayonu NZS qəsəbəsində 21 və 22 yaşlı tələbə oğlanlar qidadan zəhərlənib. Təcili Tibbi Yardım tərəfindən 3 saylı şəhər xəstəxanasına çatdırılan tələbələr kirayələdikləri evdə turşu yediklərini bildiriblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Londonda bıçqalanmaya görə partiyalar seçki kampaniyasını dayandırdılar

Sonrakı məqalə

Dekabrda 11 gün iş olmayacaq