Ermənistanın sabiq prezidenti Robert Koçaryan 44 günlük müharibə zamanı Qarabağda olduğunu deyib.
AzPost erməni mediasına istinadən bildirir ki, o, bu barədə Ermənistan Universitetinin tələbə və müəllim heyəti ilə görüşündə məğlubiyyətin səbəblərini təhlil edərkən deyib.
Onun sözlərinə görə, bütün cəhdlərinə baxmayaraq separatçıların rəhbəri Araik Aratunyan onu qəbul etməyib: “2020-ci ildə müharibə başlayandan sonra üçüncü gün Qarabağda idim. İki həftə Qarabağda qaldım. Gələndən sonra ikinci və ya üçüncü gündə həm Bako Saakyandan, həm də Arkadi Qukasyandan Arayik Arutyunyanla görüş təşkil etməyi xahiş etdim. Mənim əsas mesajım müharibəni dayandırmaq üçün mümkün olan hər şeyi etmək idi. Çünki gördüm ki, müharibənin hər günündə bizə böyük problemlər gətirir. Müharibəyə hazır deyildik”.
Koçaryan deyib ki, Xankəndində Araiklə görüşə bilməyib: “Arayik Arutyunyan dedi ki, “əgər Köçəryanla görüşsəm, Paşinyan məni “çeynəyəcək”. Bako Saakyan bunu mənə sözbəsöz çatdırdı”-deyə Koçaryan bildirib.
O Baş nazir Paşinyanı ordunu qura bilməməkdə və yüksək rütbəli hərbçiləri gözdən salmaqda ittiham edib.
Koçaryan bildirib ki, 2016-cı ildə aprel savaşından lazmi nəticə çıxarmadılar:”Bu müddət ərzində biz Azərbaycana bütün kəmiyyət göstəricilərində uduzmağa başladıq”.