Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • İdman

“Araz-Naxçıvan”ın baş məşqçisi cəzalandırılıb, “Neftçi”yə xəbərdarlıq edilib

User 28 Avqust 2024 - 14:01 (Last updated: 21 May 2025 - 20:15)
affa

AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

Azpost.info AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, iclasda Premyer Liqanın IV turunda qeydə alınan qayda pozuntularına hüquqi qiymət verilib.

“Səbail”–“Kəpəz” oyunu bitdikdən sonra qonaq komandanın analitiki İlkin Verdiyev media nümayəndəsinin çəkiliş aparmasına mane olduğuna, ona fiziki təzyiq göstərməyə cəhd etdiyinə görə 2-si şərti olmaqla 5 oyun cəzalanıb, Gəncə təmsilçisi isə 4000 manat cərimə olunub. Sınaq müddəti 3 ay təyin edilib.

“Araz-Naxçıvan”–“Neftçi” meydan sahibləri 4, qonaqlar isə 6 futbolçusu sarı vərəqə aldığı üçün 700 manat cərimə ödəyəcək. Görüşün 90+5-ci dəqiqəsində Naxçıvan təmsilçisinin baş məşqçisi Elmar Baxşıyev rəqibi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 3-ü şərti olmaqla 5 oyun cəza alıb, klubunu isə 4000 manat ziyana salıb. Sınaq müddəti 3 ay təyin edilib. Eləcə də “Araz-Naxçıvan”ın inzibatçısı Hüseynxəlil Orucoğlu analoji səbəbdən birbaşa qırmızı vərəqə aldıqdan sonra rəqib futbolçuya fiziki təzyiq göstərməyə cəhd etdiyinə görə 2-si şərti olmaqla 5 oyun cəzalanıb, klub isə 4000 manat cərimələnib.

Bundan başqa, “Neftçi” azarkeşləri tərəfindən rəqib futbolçuların ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə ilk dəfə yaşandığına görə paytaxt klubuna xəbərdarlıq edilib.

“Sabah”-“Sumqayıt” oyunu bitdikdən sonra meydançaya kənar şəxs daxil olduğuna görə Bakı klubu 800 manat cərimələnib. Həmçinin intizam qaydalarını pozan “Sumqayıt”ın baş məşqçisi Samir Abasova, o cümlədən qonaq komandanın azarkeşləri tərəfindən rəqibin ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə ilk dəfə yaşandığına görə kluba xəbərdarlıq olunub.

“Zirə”–“Şamaxı” oyunu bitdikdən sonra ev sahibi komanda AFFA nümayəndəsinin tələblərinə əməl etmədiyinə görə 2000 manat cərimə edilib.

Post navigation

Previous: Azərbaycan Rusiyada atəşfəşanlıq festivalının qalibi olub
Next: “Bizim Avropaya ilk çıxışımız Bakıdan keçirdi” –

Oxşar xəbərlər

mbappe
  • İdman

Mbappe Çin xalqından üzr istədi – futbolçunun reklamları yayımdan çıxarıldı

User 27 Oktyabr 2026 - 18:45
gules
  • İdman

Azərbaycanlı güləşçisi beşqat dünya çempionu oldu

User 25 Oktyabr 2026 - 19:02
ilham aliyev forum
  • İdman

İlham Əliyev FIFA U-15 dünya çempionatının açılış mərasimini izləyir

User 24 Oktyabr 2026 - 19:48

xƏBƏR

mektebli
  • Sosial

Məktəbdə jurnalistləri döyən şagird boksçu imiş

User 29 Oktyabr 2026 - 13:26
Ötən gün Bakının Yasamal rayonunda yerləşən 225 saylı orta məktəbdə REAL TV-nin çəkiliş qrupuna hücum olub. Trend...
Read more about Məktəbdə jurnalistləri döyən şagird boksçu imiş
İsraildə seçkilərin nəticələri – Netanyahunun bloku 53 mandatda qalıb israil
  • Dünya

İsraildə seçkilərin nəticələri – Netanyahunun bloku 53 mandatda qalıb

User 29 Oktyabr 2026 - 13:12
Ceyhun Bayramov TDT XİN Şurasının iclasında iştirak edib ceyhun fidan
  • Siyasət

Ceyhun Bayramov TDT XİN Şurasının iclasında iştirak edib

User 29 Oktyabr 2026 - 12:29
Tramp İranla danışıqların bərpası barədə Vensə göstəriş verdiyini təkzib etdi Avropanın çığır-bağırı Trampın vecinə də deyil
  • Dünya

Tramp İranla danışıqların bərpası barədə Vensə göstəriş verdiyini təkzib etdi

User 29 Oktyabr 2026 - 11:18
Ceyhun Bayramov Türkiyəyə getdi ceyhun ukr
  • Siyasət

Ceyhun Bayramov Türkiyəyə getdi

User 29 Oktyabr 2026 - 11:09
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.