Argentinada əhaliyə dollar satışı məhdudlaşdırılıb- SƏBƏB

Prezident seçkilərindən sonra Argentina Mərkəzi Bankı valyuta nəzarətini gücləndirib. Əgər əvvəllər vətəndaşlar ayda 10 min dollara qədər valyuta ala bilirdisə, indi bu məbləğ 200 dollara qədər məhdudlaşdırılıb.

Azərtac Interfax informasiya agentliyinə istinadla xəbər verir ki, nizamlayıcı bu qərarı ölkədə hakimiyyət dəyişikliyi səbəbindən qeyri-müəyyənliyin artması və keçid dövrü ərzində valyuta ehtiyatlarının qorunmasının zəruriliyi ilə izah edib.

İlkin məlumata əsasən, Argentinanın hazırkı Prezidenti Maurisio Makri seçkilərdə 40,5 faiz səs toplayaraq məğlubiyyətini etiraf edib. Seçicilərin 48 faizinin etimadını qazanan sol-mərkəzçi Alberto Fernandesin qələbəsi isə son 30 ildə qısa fasilə ilə ölkəni idarə edən Peronis partiyasının hakimiyyətə qayıtması deməkdir.

“Bloomberg” agentliyi qeyd edir ki, Argentinanın valyuta bazarında qeyr-sabitlik Fernandesin avqust ayında keçirilən praymerizdə qələbəsi ilə başlayıb. Pesonun məzənnəsinin kəskin aşağı düşməsi səbəbindən Makri hökuməti valyuta nəzarəti tətbiq etməyə məcbur olub. Görülən tədbirlərə baxmayaraq, Argentina Mərkəzi Bankının valyuta ehtiyatları 20 milyard dollara qədər azalıb. Seçkilərə bir həftə qalmış argentinalılar aktiv şəkildə dollar almağa və bank depozitlərindən pul çıxarmağa başlayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

BŞİH Hacıbala Abutalıbovun sərəncamını ləğv etdi

Sonrakı məqalə

Nizami Gəncəvinin abidəsi köçürülüb