Argentinada prezident seçkiləri:

qalib Alberto Fernandes olub
28 Oktyabr 2019 - 12:54

Oktyabrın 27-də Argentinada keçirilən prezident seçkilərinin qalibi Aberto Fernandes olub.

Azərtac CNN telekanalının saytına istinadla xəbər verir ki, sol-mərkəz koalisiyasının namizədinə seçicilərin 47,39 faizi səs verib. Qeyd olunur ki, əhalinin 80,84 faizi səsvermədə iştirak edib.

Argentina Milli Seçki Palatasının məlumatında bildirilir ki, hazırkı Prezident Maurisio Makri 41,30 faiz səs toplayıb. Üçüncü yerdə isə 6,14 səs toplayan sabiq İqtisadiyyat naziri Robert Lavandır. Qanunvericiliyə görə, ölkə prezidenti seçilmək üçün namizədin seçicilərin 45 faizinin səsini toplaması yetərlidir.

Seçkilərin ilkin nəticələri açıqlandıqdan sonra Prezident Maurisio Makri yeni dövlət başçısını təbrik edib.

Yeni seçilmiş dövlət başçısının mandatı dekabrın 10-da qüvvəyə minəcək.