Arif Hacılı:“Bələdiyyə seçkisində iştirak etməyə həvəsimiz yoxdur” 

“Müsavat Partiyası qarşıdan gələn bələdiyyə seçkilərində iştirak məsələsini müzakirə edir”.

Azpost.info bildirir ki, bu barədə partiyanın rəhbəri Arif Hacılı “Amerikanın Səsi” radiosuna bildirib.

“Müsavat Partiyası daim seçkilərdə iştiraka müsbət yanaşır və seçkilərdə iştiraka meyilliyik. Sadəcə Azərbaycanda gerçək özünüidaretmə funksiyaları olan bələdiyyələr mövcud deyil. Buna görə də bələdiyyə seçkilərində iştiraka maraqlı olan qüvvələr çox azdır. Ona görə də ötən bələdiyyə seçkilərində də xüsusi həvəslə iştirak edə bilmədik. Çünki partiya üzvləri bələdiyyə seçkilərində iştiraka xüsusi meyl göstərmir.”-deyə o vurğulayıb.

Hacılı bildirib ki, ölkədə siyasi qüvvələrin bərabərhüquqlü təbliğat kampaniyasına imkan verilmdəiyinə və bələdiyyələrin səlahiyyətlərini icra strukurları həyata keçirdiyinə görə partiya üzvlərində seçkilərdə iştiraka həvəs çox azdır.

“Bunlara baxmayaraq seçkilərdə iştirakla bağlı müazkirələr aparırıq və müzakirələrdən sonra yekun qərar veriləcək,”- Müsavat başqanı bildirib.

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Sevilya” “Qarabağ”la oyuna Nolitosuz gəlir

Sonrakı məqalə

“Təmkindən Messisayağı qol gözləmirdim ” –