“Arsenal” “Çelsi”ni məğlub edib –

“Mançester Siti” növbəti qələbəsini qazanıb
27 Dekabr 2020 - 02:05

İngiltərə Premyer Liqasında XV turun mübarizəsi başlayıb.

Apasport.az saytının məlumatına görə, tur mərkəzi oyunla start götürüb.

Çempionatdakı son 7 görüşdə məğlub olmayan və bunun 6-da qələbə qazanan “Mançester Yunayted” ötən həftə “Tottenhem”ə səfərdə qalib gələn “Lester”in qonağı olub. Qarşılıqlı qolların vurulduğu matçda komandalar hərəyə 1 xalla kifayətlənib.

Son 7 qarşılaşmada cəmi 2 xal toplayan “Arsenal” tilsimi London derbisində “Çelsi” önündə qırıb. “Topçular”ın üç qoluna “zadəganlar” yalnız bir təsəlli topu ilə cavab verə bilib.

“Etihad” stadionunda “Nyukasl”ı sınağa çəkən “Mançester Siti” qalib gələrək, Premyer Liqada məğlubiyyətsiz oyunlar seriyasını 6-ya çatdırıb.

Autsayder “Şeffild Yunayted”in qonağı olan “Everton” isə aktivinə növbəti 3 xalı yazdıraraq, turnir cədvəlində 2-ci pilləyə yüksəlib.

Turun digər 4 oyunu dekabrın 27-də keçiriləcək.

İngiltərə Premyer Liqası
XV tur
26 dekabr

“Lester” – “Mançester Yunayted” – 2:2
Barnes, 31, Tuanzebe (avtoqol), 85 – Reşford, 23, Fernandes, 79
“Aston Villa” – “Kristal Pelas” – 3:0
Traore, 5, Haus, 66, El-Qazi, 76
“Fulhem” – “Sauthempton” – 0:0
“Arsenal” – “Çelsi” – 3:1

Lyakazett, 34 (pen.), Xaka, 44, Saka, 56 – Abraham, 85
“Mançester Siti” – “Nyukasl” – 2:0
İlkay Gündoğan, 14, Torres, 55
“Şeffild Yunayted” – “Everton” – 0:1
Siqurdsson, 80