AŞPA-nın Azərbaycan üzrə məruzəçisi Oqtay Gülaliyevlə görüşüb

Sentyabrın 5-də Azərbaycanda səfərdə olan Avropa Şurası Parlament Assambleyasının Azərbaycandakı siyasi məhbuslar üzrə məruzəçisi Sunna Thorhildur Evarsdottirin Repressiyalar və İşgəncələr Əleyhinə Komitənin rəhbəri Oqtay Gülaliyevlə görüşündə ölkədə siyasi məhbuslar problemi ətrafında fikir mübadiləsi aparılıb.

“Səfər müddətində bəzi siyasi məhbuslarla da görüşəcəyini bildirən qonaq bu istiqamətdə obyektiv hesabat hazırlayacağını söylədi. İnanıram ki, məruzəçi ölkəmizdəki siyasi məhbus problemi ilə bağlı obyektiv sənəd hazırlayacaq. Və bu sənəd siyasi motivlərlə həbs olunmuş günahsız şəxslərin azadlığa çıxmasına böyük töhfə verəcək,” – hüquq müdafiəçisi facebook səhifəsində yazıb.

Avropa Şurasının Hüquq və insan haqları komitəsinin sədri İslandiyadan olan deputat Thorhild Sunna 2018-ci il iyunun 25-də “Azərbaycandakı siyasi məhbuslar”üzrə məruzəçi seçilib.

Deputat Azərbaycandakı siyasi məhbuslarla bağlı hesabat hazırlayıb Avropa Şurası Parlament Assambleyasına təqdim etməlidir. Onun bundan öncə Azərbaycana səfəri təxirə salınıb.

Azərbaycan rəsmiləri ölkədə siyasi məhbusların olması fikrini qəbul etmirlər. Onlar deyirlər ki, siyasi məhbus sayılan şəxslər məhz törətdikləri əmələ görə məsuliyyətə alınıblar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Azərbaycan KİV-lərində reklam gəlirləri 3 dəfə azalıb –

Sonrakı məqalə

Maradona Argentina klubuna baş məşqçi təyin olunub