AŞPA-nın qış sessiyası necə keçiriləcək? –Gündəlik və format açıqlandı

Üzvlərinin yenidən görüşməsi məqsədilə Avropa Şurası Parlament Assambleyasının (AŞPA) 2021-ci il yanvarın 25-dən 28-dək keçiriləcək növbəti qış sessiyası fərqli formatda təşkil olunacaq. Parlament Assambleyası üzvlərinin bir qismi Strasburqda sessiyada iştirak edəcək, digər qismi isə sessiyaya virtual qoşulacaq.

Azpost.info Azərtac-a istinadən xəbər verir ki, AŞPA-nın qış sessiyasında Avropa Şurasının Baş katibinin müavini, Parlament Assambleyasının Baş katibi, eləcə də Yunanıstan və İsveçrə üzrə hakimlər seçiləcək. Bu seçkilər fərdi elektron şəkildə təşkil olunacaq.

Almaniyanın qurumun Nazirlər Komitəsinə sədrliyi çərçivəsində Almaniya Federal xarici işlər naziri Heiko Maas Assambleya üzvləri qarşısında çıxış edəcək, onların suallarını cavablandıracaq. Baş katib Marija Pejčinović Burić məruzəsini təqdim etdikdən sonra Assambleya üzvlərinin suallarına cavab verəcək.

Sessiya çərçivəsində COVID-19 peyvəndi ilə bağlı etik, hüquqi və praktiki mövzular ətrafında debatlar aparılacaq.

Sessiyanın gündəliyindəki mövzular arasında etnik profilləşmə, təşkilata üzv ölkələrdə QHT-lərin fəaliyyətindəki məhdudiyyətlər və xroniki xəstəliyi olan insanlara qarşı ayrı-seçkiliyə dair mövzular da yer alır.

Dörd gün davam edəcək sessiyada Polşa və Moldovada hakimlərin müstəqilliyi, Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarının icrası ilə bağlı mövzuların, eləcə də Assambleyanın Monteneqroda həyata keçirdiyi monitorinqdən sonrakı dialoqa dair nəzarət prosedurlarının təkamülünə dair debatların aparılması planlaşdırılıb.

Assambleyanın plenar iclasında Gürcüstandakı seçkilərə dair hesabat müzakirə ediləcək. Sonda üzv dövlətlər qanuni öhdəlikləri ilə bağlı ciddi pozuntuya yol verdiyi təqdirdə Parlament Assambleyası və Nazirlər Komitəsinin birgə Prosedura -2319 (2020) saylı Qətnaməyə nəzarətlə bağlı qurumun Nizamnaməsində dəyişikliyə dair fikirlər səsləndiriləcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Fransada pandemiya qurbanlarının sayı 65 minə çatıb

Sonrakı məqalə

Şəhid generalımız, Milli Qəhrəman Polad Həşimovun doğum günüdür