“AST Telman” Monteneqroda “Roll-Roys”unu Azərbaycan nömrəsi ilə sürür –

VİDEO
10 Oktyabr 2019 - 13:21

Məşhur azərbaycanlı biznesmen Telman İsmayılov Monteneqroda hansı avtomobillə gəzdiyi məlum olub. 

Azpost.info unikal.org-a istinadən xəbər verir ki, biznesmen 10-LH-100 Azərbaycan dövlət nömrə nişanlı “Rolls-Royce Phantom” avtomobilində gəzir. Avtomobil oğlu Ələkbər İsmayılovun adınadır.

Qeyd edək ki, T.İsmayılov sözügedən avtomobilini 2010-cu ildə sürmək üçün  Türkiyədən Bakıya təyyarəsi ilə gətirmişdi.

Xatırladaq ki, bir neçə gün bundan əvvəl Telman İsmayılov “Rəis” ləqəbli kriminal avtoritet Sedat Pekeri Monteneqroda öz evinə bu avtomobildə aparıb.