Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

Astarada erkən və qohum nikahlarla bağlı maarifləndirici tədbir keçirilib –

User 21 Avqust 2024 - 16:29 (Last updated: 21 May 2025 - 20:15)
as01

Din və Qadın Hüquqları İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Erkən və qohumlar arasında nikahların qarşısının alınması” adlı layihənin icrasını davam etdirir.

4 ay müddətində Astara, Cəlilabad, Yardımlı, Biləsuvar, Masallı və Lənkəran rayonlarında həyata keçiriləcək layihənin məqsədi cənub bölgəsində erkən və qohumlar arasında bağlanan nikah problemlərinin qarşısının alınması istiqamətində maarifləndirici tədbirlərin təşkil edilməsilə problemin ictimailəşdirilməsidir.

Layihə çərçivəsində Azərbaycanın 6 rayonunda: Astara, Cəlilabad, Yardımlı, Biləsuvar, Masallı və Lənkəran rayonlarında keçirilməsi nəzərdə tutulan tədbirlərin hərəsində 20 nəfərin, ümumilikdə 120 nəfərin iştirakı planlaşdırılır.

Problemin ictimailəşdirilməsi üçün 6 Dəyirmi Masa və maarifləndirici seminar-treninq keçiriləcək. Tədbirlərdə hədəf qrupu, yerli icra hakimiyyəti, bələdiyyələr, dini icmaların nümayəndələri, təhsil işçiləri, hüquq-mühafizə və digər müvafiq dövlət orqanları, QHT və KİV nümayəndələri iştirak edəcək.

Tədbir əsnasında Ailə Məcəlləsindən, “Məişət zorakılığının qarşısının alınması haqqında” Qanundan, Nazirlər Kabinetinin 23 iyun 2020-ci il tarixli, 213 nömrəli Qərarından ümumi məlumat veriləcəkdir. Qanunun daha səmərəli işləməsi işləmə mexanizmləri barədə məlumat verəcək, müxtəlif qurumların qanunun işləməsi üçün birgə fəaliyyəti və s. müzakirə ediləcək.

İştirakçılar erkən nikah problemi, onun mənfi nəticələri, fiziki və mənəvi zərərləri, onların aradan qaldırılması üçün qəbul edilən sənədlərdə cəza tədbirləri barədə maarifləndiriləcəklər. Erkən nikah problemini yaradan səbəblər müzakirə olunacaq və problemin həlli üçün müxtəlif təkliflər səsləndiriləcək. Erkən nikaha məcburetmə və erkən nikah prosesində iştiraka görə qanunla müəyyən olunmuş cəzalar barədə, qohumlar arasında nigahın fəsadları haqda məlumatlar veriləcək, fikir mübadiləsi aparılacaq.Problemin mövcud olması və aradan qaldırılması üçün məsuliyyət daşıyan qurumların problemin həlli üçün birgə fəaliyyəti müzakirə ediləcək. İştirakşıların rəy və təklifləri toplanacaq.

Layihə çərçivəsində növbəti tədbir Astara şəhərindəki “Şindan Otel”in akt zalında keçirilib. 13 nəfərin iştirak etdiyi tədbirdə cəmiyyətin müxtəlif təbəqəsini təmsil edən insanlar iştirak edib. Bu səbəbdən müzakirələr daha canlı keçib.

İştirakçılar qohum nikahlar və erkən evliliklərlə bağlı qanunvericiliyə təklif edilən dəyişikliklər haqqında məlumatlandırılıblar.

Ailə Məcəlləsində, Cinayət Məcəlləsində və İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi ilə də tanış olublar.

Bununla yanaşı, qanun layihəsində aralarında nikahın bağlanmasına yol verilməyən subyektlər dairəsinin genişləndirilməsi ilə bağlı təkliflər də irəli sürülüb. Belə ki, bu problemdən əziyyət çəkən dünya əhalisinin bir qismi kimi, Azərbaycanda da qan qohumları arasında bağlanan nikahlar nəticəsində doğulan uşaqlarda genetik xəstəliklərin olması riski olduqca yüksəkdir.

Məhz bu problemin həlli məqsədilə Ailə Məcəlləsinin 12-ci maddəsində (Nikahın bağlanmasına mane olan hallar) yaxın qohumlarla yanaşı qardaşların və (və ya) bacıların ümumi bioloji baba və (və ya) nənəsi olan uşaqlar, o cümlədən bioloji qohumluğu olan əmi (dayı) və qardaş (bacı) qızı, həmçinin bibi (xala) və qardaş (bacı) oğlu arasında nikahın bağlanmasına yol verilməyən yeni normanın təsbit edilməsi nəzərdə tutulur.

Bütün bu məlumatlar iştirakçılar tərəfindən maraqla qarşılanıb və qızğın müzakirəyə səbəb olub.

Kiçik qruplarda iş və təqdimat həyata keçirilib.

Tədbirdən sonra iştirakçılar çay və şirniyyat süfrəsi arxasında mövzu ilə bağlı söhbətlərini davam etdiriblər.

Post navigation

Previous: Jurnalist Nair Əliyev vəfat edib
Next: Azərbaycan İlon Maskın “Starlink” peykindən internet alacaq

Oxşar xəbərlər

həbsxana
  • Sosial

Azərbaycanda həbsxanada 21 uşaq dünyaya gəlib

User 29 Oktyabr 2026 - 10:29
sebine ombudsman
  • Sosial

Sabah Milli Məclis Yeni Ombudsmanı seçəcək

User 29 Oktyabr 2026 - 10:21
dava
  • Sosial

Bakıda məktəbdə çəkiliş edən jurnalistlər zorakılığa məruz qalıb – VİDEO

User 28 Oktyabr 2026 - 22:05

xƏBƏR

ceyhun fidan
  • Siyasət

Ceyhun Bayramov TDT XİN Şurasının iclasında iştirak edib

User 29 Oktyabr 2026 - 12:29
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Ankarada Türk Dövlətləri Təşkilatı (TDT) Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak...
Read more about Ceyhun Bayramov TDT XİN Şurasının iclasında iştirak edib
Tramp İranla danışıqların bərpası barədə Vensə göstəriş verdiyini təkzib etdi Avropanın çığır-bağırı Trampın vecinə də deyil
  • Dünya

Tramp İranla danışıqların bərpası barədə Vensə göstəriş verdiyini təkzib etdi

User 29 Oktyabr 2026 - 11:18
Ceyhun Bayramov Türkiyəyə getdi ceyhun ukr
  • Siyasət

Ceyhun Bayramov Türkiyəyə getdi

User 29 Oktyabr 2026 - 11:09
Azərbaycanda həbsxanada 21 uşaq dünyaya gəlib həbsxana
  • Sosial

Azərbaycanda həbsxanada 21 uşaq dünyaya gəlib

User 29 Oktyabr 2026 - 10:29
Azərbaycanda 119 nəfər saxlanıldı – 94-ü borclu şəxslərdir polis
  • Kriminal

Azərbaycanda 119 nəfər saxlanıldı – 94-ü borclu şəxslərdir

User 29 Oktyabr 2026 - 10:26
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.