Astarada iki əmioğlunun davası ölümlə nəticələnib

10 Mart 2021 - 21:50

Astarada qətl hadisəsi baş verib.

Hadisə rayonun Şəmətük kəndində qeydə alınıb.

1994-cü il təvəllüdlü Amil Ağayevlə 1991-ci il təvəllüdlü Musa Ağayev arasında yaranmış mübahisə hər ikisinin bıçaqlanması ilə bitib. M.Ağayev aldığı xəsarətdən hadisə yerində keçinib. A.Ağayev isə ayaq nahiyəsindən bıçaq xəsarəti alıb. Onların əmioğlu olduğu bildirilir.

Faktla bağlı istintaq araşdırmaları aparılır.