Dekabrda 9-u Astara rayonu, Şahağac kəndi yaxınlığında Xəzər dənizində itkin düşən 2 balıqçıdan birinin meyiti tapılıb. AzPost xəbər verir ki, bununla bağlı FHN məlumat yayıb. Bildirilib ki, 1999-cu il təvəllüdlü Həsənov Ağadədə Famil oğlunun meyiti nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Hazırda itkin düşən digər şəxs, 1997-ci il təvəllüdlü Həsənov Turan Eyvaz oğlunun axtarışları davam etdirilir. Əlavə məlumat veriləcək. AzPost.az