Astarada mikroavtobus aşıb, ölən və xəsarət alanlar var
Astarada yol qəzası baş verib.
APA-nın xəbərinə görə, hadisə Təngərud kəndi ərazisində qeydə alınıb.
Astara-Lənkəran xətti ilə hərəkətdə olan “Mercedes Sprinter” markalı sərnişin mikroavtobusu idarəetmədən çıxaraq elektrik dirəyinə çırpılıb. Mikroavtobus daha sonra aşıb.
Qəza nəticəsində ölən və xəsarət alanların olduğu bildirilir.
