Aşura günü bu məscidlərdə həkimlər sizi gözləyəcək –Nazirlik qan vermək üçün yerləri açıqladı

Səhiyyə Nazirliyi bu il Aşura günündə Azərbaycanda qan veriləcək məkanları açıqlayıb.

Azpost.info bildirir ki, nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, bu il qanvermə aksiyası ölkədə 25 şəhər–rayon üzrə 33 yerdə keçiriləcək.

Bakı şəhəri üzrə:

– Binəqədi rayonu “İmam Əli məscidi”,

– Xəzər rayonu 14 saylı Birləşmiş Şəhər xəstəxanası və “Mir Mövsüm ağa Ziyarətgahı”,

– Nəsimi rayonu “Göy məscid” (“Əjdərbəy məscidi – mərasim zalı) və 20 saylı Şəhər poliklinikası,

– Nizami rayonu “Şah Abbas məscidi”, “Sahibəzzaman” məscidi

– Sabunçu rayonu “Rəhimə xanım ziyarətgahı”, “İmam Rza” məscidi

– Səbail rayonu “Bibiheybət məscid ziyarətgahı” və “İçəri şəhər Cümə məscidi”,

– Suraxanı rayonu “Qaraçuxur məscidi”,

– Yasamal rayonu “Təzə pir məscidi”, “Hacı Soltanəli məscidi” və “Hacı Cavad” məscidi,

Regionlarda aksiyaların təşkil olunacağı ünvanlar aşağıdakılardır:

– Gəncə şəhəri “İmamzadə kompleksi”,

– Lənkəran şəhəri “Böyük bazar cümə məscidi”,

– Mingəçevir şəhəri “Heydər məscidi”,

– Sumqayıt şəhər “Cümə məscidi”,

– Şəki şəhəri “İmam Əli məscidi”,

– Şirvan şəhəri Mərkəzi Qan Bankı bölməsi, Şirvan şəhər məscidi,

– Ağcabədi Mərkəzi Rayon Xəstəxanası,

– Beyləqan Mərkəzi Rayon Xəstəxanası,

– Bərdə rayonu “Bərdə İmamzadəsi”,

– Biləsuvar rayonu “Cümə məscidi” (mərasim evi),

– Cəlilabad Mərkəzi Rayon Xəstəxanası,

– Xaçmaz şəhər məscidi,

– Ağsu rayon mərkəzi xəstəxanası,

– Qan Bankının Quba bölməsi,

– Masallı şəhər “Cümə” məscidi,

– Göyçay “Əbülfəzlil Abbas” məscidi,

– Salyan Hacı Tağı məscidi.

Qeyd edək ki, bu il Aşura günü sentyabrın 10-a təsadüf edir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Əvvəlki məqalə

74 yaşlı qadın əkiz uşaq dünyaya gətirib –

Sonrakı məqalə

Ömər Eldarov sənətindən və düşmənindən danışdı: