“Atəş açmaq əmrini mən verdim, güc strukturları qorxurdular” –Qazaxıstan Prezidenti

Qazaxstan prezidenti Tokayev kütləvi etirazlar zamanı etirazçılara birbaşa atəş açmaq əmrini şəxsən verdiyini bəyan edib. 

Azpost.info bildirir ki, bu barədə dövlət başçısı “24.kz”-a müsahibəsində prezident Kasım-Jomart Tokayev bildirib. Onun sözlərinə görə, güc strukturlarının rəhbərləri belə bir qərarın verilməsi üçün məsuliyyəti öz üzərinə götürə bilməzdilər.

Onun sözlərinə görə, vəziyyət kifayət qədər mürəkkəb idi və təcili qərar qəbul etmək lazım idi: “Hüquq mühafizə orqanlarının rəhbərləri məsuliyyəti öz üzərinə götürməkdən qorxurdular. Heç təşəbbüs belə göstərmədilər. Mən onlara dedim: əgər marşal Jukov, Rokossovski hər gün Stalindən soruşsaydılar, müharibəni uda bilərdilər? Bu əsl müharibə idi-Məsuliyyəti öz üzərinə götürmək lazım idi”-deyə Tokayev vurğulayıb.

Prezidentin sözlərinə görə, polis qanun çərçivəsində hərəkət etməyə məcbur olub. Ona görə, güc strukturları birbaşa atəş açmaq əmrini özbaşına verə bilməzdilər: “Janaozen hadisələrindən sonra qəbul edilən qanunlar hüquq-mühafizə orqanlarının belə vəziyyətlərdə hərəkətini məhdudlaşdırıdı. Ona görə, mən dedim ki, quldurları məhv etmək üçün onlara birbaşa atəş açmaq lazımdır”-deyə Tokayev bildirib.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Bakıda Türkiyə bayrağına hörmətsizlik edən şəxs saxlanılıb –

Sonrakı məqalə

“Rossiya 24”-də Azərbaycanın müstəqilliyinin bərpasına həsr olunmuş veriliş hazırlanıb