ATƏT-in Baş katibi Minsk qrupunun həmsədrləri ilə görüşüb

03 İyun 2021 - 10:35

ATƏT-in Baş katibi Helqa Şmid Minsk Qrupunun həmsədrləri İqor Popov (Rusiya), Stefan Viskonti (Fransa) və Endryu Şofer (ABŞ) ilə görüşüb.

Bu barədə Baş katib “Twitter”də bildirib.

“Onların səylərini və fəaliyyətini tam dəstəkləyirəm”, – deyə H. Şmid qeyd edib.

Görüşdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik də iştirak edib.