Ata Abdullayev barəsində 4 aylıq həbs qətimkan tədbiri seçildi –

QƏRAR
14 Mart 2021 - 14:32

Səbail rayon Məhkəməsində bloqer Ata Abdullayevin barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanın təqdimatına baxılıb.

Hakim Mədinə Bağırovanın sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, istintaq orqanın təqdimatı təmin edilib və A. Abdullayev barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, A. Abdullayev Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb. Onun hədə-qorxu ilə pul tələb etməkdə təqsirləndirildiyi bildirilir.