“AtaSığorta” ASC kibertəhlükəsizlik tələblərini pozub. “APA-Economics” bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir. Məlumata görə, AMB tərəfindən “AtaSığorta”da monitorinq aparılıb. Monitorinq zamanı sığorta şirkətinin kibertəhlükəsizlik tələblərinin pozduğu ortaya çıxıb. AMB tərəfindən “Sığorta fəaliyyəti haqqında” qanunun 102-ci maddəsinin tələblərinə əsasən, “AtaSığorta”ya icrası məcburi göstəriş verilib.

AzPost.az