Atatürk hava limanında söküntü işlərinə başlanılıb- “Millət bağçası” tikiləcək

İstanbulun Atatürk hava limanında söküntü işlərinə başlanılıb.

Bu barədə Türkiyənin Dövlət Hava Limanları Təşkilatının Baş Müdirliyindən Azərtac-a məlumat verilib.

Bildirilib ki, bu ilin aprel ayında son köçürmə işlərindən sonra aeroportun fəaliyyəti qismən dayandırılıb. Belə ki, artıq bu hava limanından rəsmi və biznes uçuşları həyata keçirilir.

Plana əsasən aeroportun ərazisində inşa ediləcək “Millət bağçası”nın tikintisi üçün ərazidə yerləşən bəzi obyektlərin və binaların sökülməsinə başlanılıb. Söküntü işlərinin iki ay davam edəcəyi bildirilir.

Qeyd edək ki, ümumilikdə, 11 milyon 776 min 961 kvadratmetrlik ərazidə yerləşən bu aeroport son 18 ildə 665 milyon sərnişinə xidmət göstərib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Hakimlərə ən azı 10 min manat maaş verilməlidir”

Sonrakı məqalə

Ağsu aşırımında yük maşını aşıb, yaralananlar var