Ukrayna Prezidenti Vladimir Zelenski Ciddədə keçirilmiş ABŞ-Ukrayna danışıqları ilə bağlı açıqlama verib.  AzPost həmin açıqlamaları təqdim edir: ▪️ Amerika tərəfi bizim arqumentlərimizi başa düşür, təkliflərimizi qəbul edir, komandalarımız arasında konstruktiv söhbətə görə prezident Trampa təşəkkür etmək istəyirəm. ▪️ Amerika tərəfdən təklif olundu ki, tərəflər dərhal ilk addımı atmalıdır. Təkcə raket, PUA və bombalarla bağlı yox  bütün cəbhə xətti boyunca 30 gün ərzində tam atəşkəs yaratmağa çalışaq. ▪️ ABŞ Rusiyanı buna inandırmalıdır. ▪️ Ukrayna sülhə hazırdır. Rusiya müharibəni bitirməyə və ya davam etdirməyə hazır olduğunu nümayiş etdirməlidir. Tam həqiqətin ortaya çıxma vaxtıdır.