Atom Enerjisi üzrə Beynəlxalq Agentliyinə (IAEA) yeni baş direktor təyin olunub.
“APA-Economics”in “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, IAEA-nın İdarə Heyətinin qərarı ilə Argentinanın daimi nümayəndəsi olan Rafael Qrossini Agentliyin baş direktoru vəzifəsinə təyin edilib.
Qeyd edək ki, 2009-cu ildən Agentliyə rəhbərlik edən sabiq baş direktor Yukiya Amano bu ilin iyulun sonlarında vəfat edib.