ATV-də “Bizimləsən” və “Rəngarəng” proqramlarının yayımı dayandırıldı

“Azad Azərbaycan” (ATV) telekanalında yayımı dayandırılan iki verilişin adı məlum olub.

Azpost.info bildirir ki, Oxu.az-ın əldə etdiyi məlumata görə, “Bizimləsən” və “Rəngarəng” proqramları efirdən çıxarılıb.

Kanalın mətbuat xidmətindən Oxu.az-ın sorğusuna cavab olaraq bildirilib ki, məlumat doğrudur: “Qərar kanal rəhbərliyi tərəfindən qəbul edilib”.

Eyni zamanda, Oxu.az-ın özəl mənbələrdən əldə etdiyi digər məlumata görə, ARB kanalında da ciddi efir dəyişikliklərinin olacağı gözlənilir. Hansı verilişlərin yayımının dayandırılacağı isə dəqiqləşdirilir.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.