Avropa dövlətlərinin liderləri Putinə çağırış etdi
Almaniya kansleri Olaf Şolts, Fransa prezidenti Emmanuel Makron, Böyük Britaniya və İtaliyanın baş nazirləri Boris Conson və Mario Draqi Ukraynaya hərbi müdaxilə ilə əlaqədar Rusiyaya qarşı sanksiya təzyiqlərini davam etdirmək barədə razılığa gəliblər.
Azpost.info xəbər verir ki, bu barədə Almaniya Nazirlər Kabinetinin rəsmi nümayəndəsi Şteffen Hebeştrayt məlumat verib. “Dövlət və hökumət başçıları yekdilliklə bildiriblər ki, Ukrayna bundan sonra da fəal şəkildə dəstəklənməlidir.
Onlar Rusiya prezidenti Vladimir Putini atəşkəsə razılaşmağa, bütün hərbi əməliyyatları dayandırmağa, rus əsgərlərini Ukraynadan çıxarmağa və böhranı diplomatiya yolu ilə həll etməyə çağırıblar”, – Almaniya hökumətinin sözçüsü bildirib.
Azpost.info
