Avropa İttifaqı miqrasiya böhranı ilə bağlı Türkiyəyə ayırdığı 6 milyard avro puldan artıq 5,6 milyard avronu verib.
Azpost.info bildirir ki, bu barədə keçirdiyi mətbuat konfransında Avropa Komissiyasının nümayəndəsi Nataşa Berto bəyan edib. “Qalan məblığ tezliklə ödəniləcək”- deyə o vurğulayıb.
Berto deyib ki, Brussel Türkiyə ilə imzaladığı sazişə sadiqdir.
Xatırladaq ki, sentyabrın 5-də Ərdoğan Qərbin vəd etdiyi yardımı verməyəcəyi təqdirdə Avropa İttifaqını suriyalı qaçqınlar üçün sərhədləri açacağı ilə hədələyib.