Avropa İttifaqı ABŞ-a qarşı sanksiyalar tətbiq edəcək?

Niderland parlamentinin sabiq üzvü, Sosialist Partiyasının (SP) təmsilçisi Harri van Bommel Avropa İttifaqının ABŞ-a qarşı sanksiyalar tətbiq edəcəyi ehtimalının real olmadığını bildirib. O, bu fikirləri ABŞ-ın Venesuelaya qarşı həyata keçirdiyi hərbi əməliyyatlar fonunda səsləndirib.

AzPost xəbər verir ki, van Bommelin sözlərinə görə, Avropanın ABŞ-ın Venesuelaya münasibətdə atdığı addımlara reaksiyası son dərəcə zəifdir və mövcud vəziyyət beynəlxalq hüququn açıq şəkildə pozulmasıdır. Keçmiş deputat hesab edir ki, ABŞ-ın dənizdə və Venesuela ərazisində həyata keçirdiyi hərbi hərəkətlər qəbuledilməzdir və beynəlxalq normalara ziddir.

Van Bommel xüsusilə vurğulayıb ki, mülki və ya dövlətə məxsus gəmilərə hücum edilməsi, eləcə də bir ölkənin fəaliyyətdə olan prezidentinin zorla saxlanılması beynəlxalq hüquq baxımından ağır pozuntudur. Onun fikrincə, bu cür addımlar dünya ictimaiyyəti tərəfindən açıq şəkildə pislənməlidir.

Sabiq parlamentarinin qənaətinə görə, Avropa İttifaqı ilk növbədə ABŞ-ın Venesuelaya qarşı hərəkətlərini birmənalı şəkildə qınamalıdır. Daha sonra məsələ BMT Təhlükəsizlik Şurasının gündəliyinə çıxarılmalı və yalnız bundan sonra sanksiyalar və ya digər siyasi mexanizmlər müzakirə oluna bilər.

Bununla yanaşı, van Bommel qeyd edib ki, hazırkı şəraitdə Avropa İttifaqı daxilində vahid mövqe mövcud deyil. Məhz bu səbəbdən, ABŞ-a qarşı hər hansı məhdudlaşdırıcı tədbirin görülməsi mümkün görünmür. Onun sözlərinə görə, Aİ daxilində yekdil razılıq olmadan sanksiya qərarının qəbul edilməsi praktiki olaraq mümkünsüzdür.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.