Avropa İttifaqı ABŞ-nin sənaye mallarına rüsumları ləğv edir

Avropa İttifaqı (Aİ) çərşənbə günündən başlayaraq ABŞ-dən idxal olunan sənaye malları üçün rüsumları ləğv edəcək.

Bu məlumatı Avropa Komissiyasının sədri Ursula fon der Lyayen “X” sosial platformasında paylaşıb.

Bunu transatlantik ticarət üçün yaxşı xəbər adlandıran Lyayenin sözlərinə görə, rüsumların ləğvi daha çox seçim imkanı, Aİ şirkətləri və istehlakçıları üçün daha yaxşı qiymətlər deməkdir.

İyunun 25-də Avropa İttifaqı Şurası 21 avqust 2025-ci il tarixli Aİ-ABŞ birgə bəyannaməsində müəyyən olunmuş rüsum öhdəliklərini reallaşdıran iki reqlamenti rəsmən qəbul etdiyini açıqlayıb. Bildirilib ki, bu reqlamentlər ABŞ-də istehsal olunan mallara Aİ-nin qalan rüsumlarını da aradan qaldırır. Bu addım, eyni zamanda, Birləşmiş Ştatların müəyyən dəniz məhsulları və kənd təsərrüfatı mallarına tarif kvotaları və azaldılmış rüsumlar vasitəsilə güzəştli giriş imkanı yaradır.

AzPost.az

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.