Aİ Brexitin müddətinin yanvarın 31-dək uzadılmasına razılıq verib

Avropa İttifaqı (Aİ) Brexitin müddətinin yanvarın 31-dək uzadılmasına razılıq verib.

Azərtac BBC telekanalının saytına istinadla xəbər verir ki, bu barədə özünün Twitter səhifəsində Avropa Şurasının prezidenti Donald Tusk məlumat verib.

Donald Tusk qeyd edib ki, Brüssel Londonun tələbini qəbul edib və Aİ-nin 27 ölkəsi buna səs verib. O əlavə edib ki, Böyük Britaniya parlamentinin razı olacağı təqdirdə Birləşmiş Krallıq bu müddətdən əvvəl də Aİ-ni tərk edə bilər. Eyni zamanda, Brüsselin bu müddəti bir daha uzatmayacağı da vurğulanıb.

Məlum olduğu kimi, Böyük Britaniyanın Baş Naziri Boris Conson 12 dekabrda keçirilməsi nəzərdə tutulan növbədənkənar seçkilərdən əvvəl öz təklifini bir daha parlamentin müzakirəsinə təqdim edəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Prezident Qəbələyə 2 milyon manat ayırdı

Sonrakı məqalə

Qəbələdə əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına 3 milyon manat ayrıldı