Avropa İttifaqı (Aİ) “Brexit”in 2020-ci ilin 31 yanvar tarixinə qədər təxirə salınmasına razılıq verib.
APA-nın Avropa bürosunun xəbərinə görə, bu barədə Avropa İttifaqı Şurasının Prezidenti Donald Tusk “Twitter”də bildirib.
O qeyd edib ki, qərar yazılı prosedurla rəsmiləşdiriləcək.
Xatırladaq ki, Böyük Britaniya parlamenti “Brexit”lə bağlı razılaşma edə bilsə, bu tarixdən öncə Aİ-dən ayrıla biləcək.