Rusiya təyyarələrinin Avropa İttifaqının hava məkanında uçuşları qadağan edilir.
Azpost.info bildirir ki, bu barədə Avropa Komissiyası təklif irəli sürülüb. Məlumatı qurumun rəhbəri Ursula fon der Lyaen açıqlayıb.
“Biz hava məkanını ruslar üçün bağlayırıq. Biz Rusiyaya məxsus olan, Rusiyada qeydiyyatdan keçmiş, Rusiyanın nəzarətində olan bütün təyyarələrə qadağa qoyulmasını təklif edirik. Bu təyyarələr Avropa İttifaqının hava məkanında eniş edə, uça bilməyəcək. Bbu qadağa Rusiyanın hüquqi və fiziki şəxslərinin nəzarətində olan bütün özəl, çarter təyyarələrə aid olunacaq”.