Avropa İttifaqı İran və ABŞ-ı təmkinli olmağa çağırdı:"Böhran bütün regionu təhdid edir"

Avropa İttifaqı (Aİ) İran və ABŞ-ı təmkinli olmağa çağırıb.

Bu barədə Aİ-nin Xarici Siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozef Borelin yaydığı bəyanatda bildirilib.

“İraqdakı mövcud zorakılıq nəzarətdən çıxmazdan əvvəl dayandırılmalıdır. Aİ bütün iştirakçıları və təsir gücünə malik tərəfdaşları bu vacib məqamda maksimum təmkinli və məsuliyyətli olmağa çağırır. Başqa bir böhran illərdir, İraqda sabitliyin bərpası üçün  göstərilən səyləri təhlükə altına ata bilər. Bundan əlavə, davam edən eskalasiya son dərəcə əziyyət çəkən və əhalisi sülh şəraitində yaşamağı haqq edən bütün regionu təhdid edir. Yaxın Şərqin sabitləşməsi istiqamətində uzunmüddətli həll yolları təklif etmək üçün daha çox dialoq və qarşılıqlı anlaşmanı artırmağa xidmət edən səylər göstərmək vacibdir. Aİ gərginliyi azaltmaq və münaqişənin dinamikasının zəifləməsinə töhfə vermək üçün bütün tərəflərlə işləməyə hazırdır”, – deyə bəyanatda qeyd olunur. (APA)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“İran ABŞ və İsrail obyektlərinə hücum etsə Bakının neytral qalması çətin olacaq” –

Sonrakı məqalə

Növbədənkənar parlament seçkiləri: