Avropa İttifaqı Özbəkistana 5 milyon avro ayırıb- Dünya Ticarət Təşkilatına daxil olması üçün

Avropa İttifaqı (Aİ) Özbəkistanın Dünya Ticarət Təşkilatına (DTT) daxil olması üçün 5 milyon avro ayırıb.

Azərtac xəbər verir ki, Özbəkistanın Xarici İşlər naziri Əbdüləziz Kamilovla Avrokomissiyanın Beynəlxalq əməkdaşlıq və İnkişaf üzrə baş direktoru Koen Doens tərəfindən “Özbəkistan Respublikasının Dünya Ticarət Təşkilatına daxil olması” və “Aralyanı regionda insanların təhlükəsizliyi üzrə layihələrin maliyyələşdirilməsi” adlı müqavilələr imzalanıb.

Sənədlərdə Özbəkistana DTT-yə daxil olma prosesinə kömək göstərilməsi, lazımi sənədlərin hazırlanması, Dünya Ticarət Təşkilatı və beynəlxalq ticarət sisteminin razılaşmalarına əsasən özbək mütəxəssislərinin ixtisaslarının artırılması nəzərdə tutulur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Tomas Qolts:

Sonrakı məqalə

Azərbaycanın bu il ən çox məhsul ixrac etdiyi ölkələrin reytinqi