Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel öz vəzifəsində qalmağa qərar verib.
Azpost.info bildirir ki, o, 2024-cü ilin iyulunda keçiriləcək Avropa Parlamentinə seçkilərdə iştirakdan imtina edib.
Mişel sosial şəbəkəəd yazıb ki, bu, onun vaxtından əvvəl istefası ilə nəticələnə bilər.
Siyasətçi Avropa İttifaqı Şurasının rəhbəri vəzifəsində qalmaq qərarını onun vaxtından əvvəl istefa vermə ehtimalının yaratdığı “kəskin reaksiya” ilə əlaqələndirib.
“Mənim seçimim fərziyyələrə və kəskin reaksiyaya səbəb oldu. – Avropa Şurası daxilində deyil, onun xaricində”, – Mişel yazıb və əlavə edib ki, qərarının heç bir şəkildə Avropa İttifaqının birliyinə xələl gətirməsini istəmir.
Mişelin səlahiyyət müddəti 2024-cü ilin noyabrında başa çatır. O, 2024-cü ilin yanvar ayının əvvəlində Avropa Parlamentinə seçkilərdə iştirak etməyi planlaşdırdığını açıqlayıb.
Mətbuat yazıb ki, Mişel Avropa Şurasının rəhbəri vəzifəsindən istefa verərsə, onun yerini Macarıstanın baş naziri Viktor Orban tuta bilər. Çünki Macarıstan 2024-cü ilin iyulundan dekabr ayına qədər Aİ Şurasına sədrlik edəcək.