Avropa İttifaqı ölkələri Rusiya ilə döyüşmək istəmir.
Azpost.info bildirir ki, bu sözləri avqustun 30-da Aİ-nin xarici məsələlər üzrə xüsusi Nümayəndəsi Cosef Borrell mətbuat konfransı zamanı bildirib.
“Rusiya ərazisinə zərbə endirmək imkanını nəzərə alsaq belə, biz Rusiya ilə müharibə aparmırıq. Heç kim Rusiya ilə müharibə etmək istəmir”-deyə Borrell vurğulayıb.
O, aydınlaşdırıb ki, Aİ Ukraynaya sadəcə olaraq dəstək verir.
Borrell həmçinin bildirib ki, Kiyevə silah ötürülməsi səbəbindən Avropa İttifaqı ölkələrinin hərbi ehtiyatları tükənib. Onun sözlərinə görə, münaqişə Aİ üçün hərbi imkanlar sahəsində “oyanış zəngi” olub.