Avropa İttifaqı Rusiyaya qarşı sanksiyaları rəsmən təsdiqləyib
Avropa İttifaqı Rusiyanın Dövlət Dumasının 351 deputatına, 27 hüquqi və fiziki şəxsə qarşı sanksiya tətbiq edib.
Azpost.info xarici mətbuata istinadən xəbər verir ki, sanksiyalar Rusiya Dövlət Dumasının məlum qərara səs verən 351 deputatına, həmçinin Rusiyanın 27 fiziki və hüquqi şəxsinə yönəlib. Eyni zamanda Rusiyanın Aİ-nin kapital və maliyyə bazarlarına çıxışı məhdudlaşdırılıb, dövlət borcuna isə sanksiyalar tətbiq edilib. Avropa İttifaqı Avropa şirkətlərinə adıçəkilən “respublikalarla” hər hansı iqtisadi əməliyyatları qadağan edir.
Qurum Rusiyanı “DXR” və “LXR”in tanınması məsələsinə yenidən baxmağa çağırır və əks halda yeni sanksiyaların olacağını bildirir. Beləliklə, Aİ-nin Rusiyaya qarşı sanksiyalar siyahısı iki dəfədən çox artıb və indi 555 fiziki şəxsi, 52 təşkilatı əhatə edir.
Azpost.info
