Avropa Komissiyası və Avropa Şurasında Kaja Kallasın rəhbərlik etdiyi Avropa Xarici Əlaqlər Xidmətinin (EEAS) ləğvini dəstəkləyənlərin sayı artmaqdadır.
Azpost.info bildirir ki, bu barədə Politico Avropa rəsmilərinə istinadən məlumat verib.
Nəşrin məlumatına görə, on hazırkı və keçmiş Aİ rəsmisi və diplomatı EEAS-ın böhran içində olduğunu bildirib. Onlar qeyd edirlər ki, xidmətin dəqiq müəyyən edilmiş missiyası yoxdur və maliyyə resursları və siyasi təsir baxımından Avropa Komissiyası ilə rəqabət apara bilmir.
“Həm Şurada (27 milli hökuməti təmsil edən), həm də Avropa Komissiyasında Avropa Xarici Əlaqlər Xidmətini ləğv etmək istəyən bir qrup var.”- deyə Politico bir rəsmidən sitat gətirib.
Eyni zamanda, o əlavə edir ki, xidmətin müdafiəçiləri də var, lakin onların mövqeyi xeyli zəifdir.
Nəşr həmçinin bildirir ki, EEAS rəhbəri Kaja Kallas müntəzəm olaraq avropalı diplomatların tənqidləri ilə üzləşir. Mənbələrə görə, vəziyyət daxili gərginlik və Kallas ilə Avropa Komissiyasının prezidenti Ursula fon der Leyenin arasında iddia edilən rəqabətlə daha da ağırlaşır.