Avropa İttifaqının Xarici İşlər nazirləri Dağlıq Qarabağ münaqişəsini müzakirə ediblər

12 Oktyabr 2020 - 19:25

Avropa İttifaqı (Aİ) ölkələrinin Xarici İşlər nazirləri Dağlıq Qarabağ münaqişəsini müzakirə ediblər.

Bu barədə Aİ-nin Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrell mətbuat konfransında bildirib. 

O vurğulayıb ki, müzakirələrdə ATƏT-in Minsk Qrupunun həmsədri olan Fransanın Xarici İşlər naziri mövcud vəziyyəti qiymətləndirib. 

“Nazirlər həmçinin vurğuladılar ki, bütün regional aktyorlar silahlı qarşıdurmanın dayanmasına və sülhə töhfə verməlidirlər”, – deyə C. Borrell qeyd edib. (APA)