Avropa İttifaqının Zəngəzurla bağlı yeni monitorinq missiyası İrəvana gəlib

Avropa İttifaqının yeni monitorinq missiyası Ermənistana gəlib. 

Azpost.info bildirir ki, bu barədə Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan İctimai Televiziyaya müsahibəsində deyib.

Oktyabrda gəlmiş müşahidəçilər artıq gedib. Bu gün yeni missiya gəlib. Onlar situasiyanı qiymətləndirməlidirlər”-deyə Qriqoryan bildirib.

Qeyd edək ki, Azərbaycan-Ermənnistan sərhədində vəziyyəti müşahidə etmək üçün oktyabr ayında Aİ-nin müşahidə missiyası İrəvana gəlib. Onlar iki ay müddətində sərhəddəki vəziyyəti müşahidə ediblər. Aİ-nin Ali komissarı Borell bəyan edib ki, İrəvana yeni missiya göndərilməsi razılaşdırılıb.

Azpost.info

Əvvəlki məqalə

Braziliyalılar Peleylə vidalaşmağa hazırlaşır

Sonrakı məqalə

Putinin oğlu heyrətamiz dərəcədə atasına oxşayır –