Avropa Komissiyasına təyin ediləcək namizədlərin yeni siyahısı təsdiqlənib

Avropa İttifaqı (Aİ) Şurası Avropa Komissiyasına təyin ediləcək namizədlərin yeni siyahısını təsdiqləyib.

APA-nın xəbərinə, görə bu barədə Aİ Şurasının saytında məlumat verilib.

Avropa İttifaqı Müqaviləsinin (Maastrixt Müqaviləsi) 17-ci maddəsinin 7-ci bəndinə əsasən, namizədlərin siyahısı Avropa İttifaqı Şurası tərəfindən Komissiyanın prezidentin də razılığa əsasən qəbul edilir. Avropa Komissiyasının yeni seçilmiş prezidenti Ursula von der Leyen noyabrın 21-də siyahıya razılıq verib.

Yeni siyahıda Böyük Britaniya təmsil olunmur.

Son mərhələdə Avropa Parlamenti Komissiyanın tərkibinə ümumilikdə səs verəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Qəbristanlıqda qətlə yetirilən talesiz gənc ana –

Sonrakı məqalə

Paşinyan yenə populist açıqlamalar verir –