Avropa Komissiyasının prezidenti Ursula fon der Leyen Azərbaycana gəlir

Ursula Fon der Lyayen
Ursula Fon der Lyayen

Avropa Komissiyasının prezidenti Ursula fon der Leyen gələn həftə Ermənistan və Azərbaycana səfər etməyi planlaşdırır.

Azpost.info-nun məlumatına görə, bu barədə “Politico” Avropa rəsmilərinə istinadən xəbər verir.

O, regionda AB-nin mövqeyini gücləndirmək və Rusiyanın təsirinə qarşı fəaliyyət niyyətindədir. “Səfər ticarət və digər əlaqələrin gücləndirilməsinə, eləcə də Moskvanın keçmiş Sovet respublikalarında təsirini qorumaq səylərinə qarşı durmağa kömək etməyə yönələcək”-deyə məlumatda vurğulanır.

“Politico”nun məlumatına görə, fon der Leyeni səfərdə Avropa Komissarı Marta Kos müşayiət edəcək.

Ermənistanda Avropa Komissiyasının rəhbəri Baş nazir Nikol Paşinyanla, Azərbaycanda isə Prezident İlham Əliyevlə görüşəcək.

“Brüssel Cənubi Qafqazı Avropa ilə Asiya arasında strateji əhəmiyyətli nəqliyyat dəhlizi kimi görür və bu dəhlizin əhəmiyyəti Yaxın Şərqdəki münaqişə fonunda artıb”-deyə Politco yazır. Orada vurğulanır ki, Azərbaycan Aİ üçün əsas enerji təchizatçısı olaraq qalır.

Səfəri zamanı fon der Leyenin regionda bir neçə yeni Aİ təşəbbüsünü elan etməsi gözlənilir, lakin onların məzmunu hələ rəsmi olaraq açıqlanmayıb.

AzPost.az

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.