Avropa ölkələrinə qaçqın statusu üçün müraciət edənlərin sayı artıb- RƏQƏMLƏR

Avropa ölkələrinə qaçqın statusu üçün müraciət edənlərin sayı 2015-ci ildən bəri ən yüksək həddə çatıb.

Azərtac xarici KİV-lərə istinadla xəbər verir ki, müraciət edənlərin sayı təxminən yarım milyona çatıb. Avropa İttifaqı ölkələri arasında qaçqınlıq statusu ilə bağlı ən çox müraciət Almaniyaya edilib.

Buna baxmayaraq, ümumi statistikaya görə, Almaniyada qaçqınlıq statusu əldə etmək məqsədi ilə müraciət edənlərin sayında ilk dəfə azalma müşahidə olunub. Bu ilin yanvar ayından noyabr ayına qədər müraciətlərin sayı 133 min 270-dir. Bu, keçən illə müqayisədə 13 faiz azdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Bakıda spirtli içkidən zəhərlənmə faktı ilə bağlı cinayət işi başlanıb

Sonrakı məqalə

ATƏT Azərbaycanda parlament seçkiləri ilə bağlı hesabat yaydı