Avropa Parlamentinin ən böyük deputat fraksiyası Belarusla hava əlaqəsinin kəsilməsini tələb edib

24 May 2021 - 15:28

Avropa Parlamentinin ən böyük fraksiyası lan “Avropa xalq partiyası” (EPP) Avropa İttifaqını Belarusla aviaəlaqələri kəsməyə çağırıb. 

Azpost.info bildirir ki, bu barədə EPP yaydığı bəyanatda bildirilib.

Minskdə Ryanair şirkətinə məxsus təyyarənin məcburi enişi zamanı belarus müxalifətini dəstəkləyən Nexta teleqram kanalının sahibinin həbs olunması ciddi rezonans doğurub.

EEP bunu “çirkin addım” adlandırıb və Belarusa qarşı sanksiyaların növbəti paketini qəbul etməyə çağırıb.

Saxlanına Nexta kanalının banisi Roman Protaseviç Belarusda ekstemist elan edilib.