Avropa Şurasının sədri Azərbaycan və Ermənistanın rəhbərləri ilə danışıq aparır

30 Sentyabr 2020 - 18:14

Avropa Şurasının sədri Şarl Mişel qurumun sammiti ərəfəsində Azərbaycan və Ermənistan rəhbərləri ilə danışıqlar aparır.

Azpost.info bildirir ki, bu barədə KİV-ə qurumun yüksək vəzifəli nümayəndəsi deyib.

“Avropa Şurasının rəhbəri hazırda telefonla Azərbaycan prezidenti və Ermənistanın Baş naziri ilə Dağlıq Qarabağ ətrafında vəziyyətlə bağlı danışıqlar aparır”.

O qeyd edib ki, Avropa dövlətlərinin liderləri böhranın qarşısını almaq üçün müzakirələr aparırlar.

Avropa Şurasının sammiti oktyabrın 1-2-də Brüsseldə keçiriləcək.