Avropa universitetlərindən qovulan tələbələr Rusiyada pulsuz təhsil alacaq – Rəsmi qərar

Avropa universitetlərindən əsassız yerə qovulan ruslar Rusiyada təhsillərini pulsuz davam etdirə biləcəklər.

Azpost.info xəbər verir ki, bu barədə Rusiya hökumətinin saytında məlumat verilib. Müvafiq sərəncamı baş nazir Mixail Mişustin imzalayıb. Sənədə əsasən, köçürməyə dair uyğun kurs hər bir namizəd üçün onun nailiyyətləri nəzərə alınmaqla fərdi qaydada seçiləcək. Avropadan qovulan tələbələri ödənişli yerlərə də qəbul edəcəklər. Bu halda təhsil haqqı universitet tərəfindən ödəniləcək.

Azpost.info

Əvvəlki məqalə

Azərbaycan elektrik enerjisinə tələbatın artımına görə dünyada 2-ci olub

Sonrakı məqalə

Türkiyə İstanbul görüşü ilə bağlı irəliləyiş görmür – Çavuşoğludan açıqlama