Avropada karantinə qarşı kütləvi etiraz aksiyaları keçirilir

25 İyul 2021 - 13:02

Avropanın müxtəlif şəhərlərində on minlərlə adam COVİD-19-un yayılması və peyvəndlənmə ilə bağlı tətbiq olunan qaydalara etirazla bağlı küçələrə çıxıb. Ən böyük etirazlar Fransada baş verib.

Təxminən 160 min etirazçı restoranlara, digər ictimai yerlərə girmək üçün xüsusi keçid, bütün səhiyyə işçiləri üçün COVID-19 aşılarının vurulması öhdəliyini tələb edən bir qanun layihəsinə qarşı çıxıblar.

Parisdə etirazlar ümumən sakit keçə də Bastilya meydanında kiminsə polisə stul atmasından sonra nümayişçiləri dağıdmaq üşün gözyaşardıcı qazdan və su sırnağından istifadə edilib.

Müzakirə olunan qanun layihəsində “sağlamlıq buraxılışı” indi muzeylərə, kinoteatrlara, turizm sahələrinə, restoran, bar və bəzi digər yerlərə daxil olmaq üçün də tələb olunur.

Buraxılışı almaq üçün insanlar tam aşılanmalı, yeni bir mənfi testdən keçməli və ya COVID-19-dan sağaldıqlarını təsdiqləyən sənədləri olmalıdır.

Romada da minlərlə etirazçı hökumətin qapalı yeməkxanalara, stadionlara, kinoteatrlara və digər toplantı yerlərinə giriş üçün “yaşıl keçid” tələb etməsinə dair qərarına qarşı dinc etiraz aksiyaları keçiriblər.